Ülviyyə Bəbirli: "Özümüzü reklam etmirik"

Ülviyyə Bəbirli: "Özümüzü reklam etmirik"

Azərbaycan şou-şiznesinin tanınan cütlüyü Bəbir və Ülviyyə Bəbirli yeni "Nostalji" adlı instrumental kompozisiyasına klip çəkdirib. SİA-ya bu barədə peşəkar musiqiçilər özü məlumat verib: "Yeni "Nostalji" İnstrumental musiqimizə klip çəkdirdik. Bu dəfə klipdə özümüz yer almadıq. Əsas fonda əllərimizin ifasıdır. Azərbaycan Dövlət Pantomima teatrı bizə çox dəstək oldu. Çəkilişləri Pantomima teatrının səhnəsində apardıq. Pantomima teatrının aktyorları Bəhruz Vaqifoğlu və Səbinə Hacıyeva klipdə rol alıblar. Ekran işi, məhz bu istedadlı aktyorların üzərində qurulub. Klipin rejissoru Cavid Səfərov, operatoru isə Emin İsrafilovdur. Musiqimizə gəldikdə isə, düşünürük ki, nostalji hisslərini yaşada bilmişik".

Ülviyyə xanım özünü reklam edənlərdən də söz açıb: "Bəbirlə mən özümüzü reklam etmirik. Ucuz reklama can atmırıq. Keyfiyyət, yaradıcılıq, sənət vurğunuyuq".

Bütün xəbərlər Facebook səhifəmizdə