Serdar Ortaç “Sevgililər günü”ndə xərcə düşəcək

Serdar Ortaç “Sevgililər günü”ndə xərcə düşəcək

Müğənni Serdar Ortaç və həyat yoldaşı Chloe Loughnan Türkiyənin məhşur restoranlarından birində yemək sifariş verərkən kameralara yaxalanıblar. SİA-nın milliyyet.com-a istinadən verdiyi xəbərə görə, gecə saat 4-də Chloe ilə kabab almağa gələn müğənni sifarişin hazır olmasını gözləyənə qədər jurnalistlərlə söhbət edib.

Serdar Ortaç Hande Yenerlə Demet Akalını barışdıracağı xəbərinə "Elə işə qarışmaram. Hətta küsülü olduqlarını belə bilmirəm" deyib. Daha sonra o, Chloenin mağaza açacağını, özünün də əyləncə məkanı işlədəcəyini bildirib.

Media nümayəndələrinin xanımına sevgililər günündə hansı hədiyyəni alacağı sualına isə müğənni 120 000 TL-lik tək daş üzük alacağını deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə