Milli aviadaşıyıcı "Azərbaycan Hava Yolları" (AZAL) baş rolda məşhur azərbaycanlı müğənni Miri Yusifin çəkildiyi "Göy təyyarə" adlı musiqili videoçarx hazırlayıb. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, videoçarxda müğənni böyük şöhrət qazanmış "Ağ Təyyarə" kompozisiyana uyğunlaşdırılan versiyanı ifa edir. Videoçarx Heydər Əliyev Beynəlxalq Hava Limanının ərazisində çəkilib.
"Azərbaycan Hava Yolları"-nın öz işinə peşəkar yanaşması və yüksək xidmət səviyyəsi ölkənin qürurudur. AZAL-dan dəvət almaq mənim üçün böyük şərəf idi", - deyə Miri Yusif qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB