Ona görə "Kiralık aşk"ın reytinqi düşdü

Ona görə "Kiralık aşk"ın reytinqi düşdü

Reytinqli serial olan "Kiralık aşk"ın izləyicilərinin sayı azalıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, Barış Arduç xəstələndiyi üçün onsuz çəkilən serial reytinqlərdə geriləyib.

B. Arduçun Ömer obrazını "flashback"lərlə (keçmişə dönüş) ekrana gətirən yaradıcı heyətin cəhdi uğursuz alınıb. "Kiralık aşk" ümumi reytinq sıralamasında 3-cü yerə düşərək yerini "Karagül"ə verib.

Qeyd edək ki, Barış Arduç artıq sağalıb, gələn bölümlərdən çəkilişlərə qatılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə