Bir müddətdir həyat yoldaşı ilə birlikdə Moskvada dincələn müğənni Nadir Qafarzadə sosial şəbəkədə onu tənqid edənlərə cavab verib. SİA-nın verdiyi xəbərə görə, ifaçı onlara əsəbləşib: "Yazırlar ki, "Bu krizis vaxtı Nadir kefdədir, gəzib-dolanır". Bezmişəm, elə bu dedi-qoduların əlindən baş götürüb uzaqlara getmək istəyirəm. Bəzi insanların savadı, düşüncəsi nə qədər aşağıdır. Onlar çətin düzələlər. Sözüm bəzilərinədir, yetər artıq camaatın pulunu saydınız, haqq-nahaq danışdınız. Bu cür insanları görəndə adam onlarla eyni cəmiyyətdə yaşamağına nifrət edir. Unutmayın ki, Allah hər kəsin ürəyinə görə verir. Nə vaxta qədər başqasının pulunu saysanız, Allahdan heç nə gözləməyin. Tanrı bilir kimi necə mükafatlandırır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB