Boşanma xəbəri yalan çıxan məşhur cütlüyü qınadılar FOTOLAR

Boşanma xəbəri yalan çıxan məşhur cütlüyü qınadılar FOTOLAR

Xəbər verdiyimiz kimi, müğənni İrem Derici və radio aparıcısı Rza Esendemir boşanmaq istəyir. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, cütlük bu fikirdən daşınıb. Belə ki, onlar barışıb. Bir neçə gün əvvəl "İnstagram"da birgə fotolarını silərək bir-birini izləməni də dayandıran cütlüyün boşanacağı iddia edilmişdi. Eyni evdə yaşasalar da, küsülü olduqları, İremin depressiyaya düşərək yeməkdən imtina etdiyi deyilirdi.

Boşanma xəbərlərinə səssiz qalan ikili barışıqlarını nümayiş etdiriblər. Menecer Özgür Aras "tvitter"də İ. Dericiyə "Mahnılara qulaq asmağa gəlirəm, yeznə manqalı yandırar?" yazıb. İrem ərini də işarələyərək "Gəl, sənin üçün evi də yandıraram" cavabı verib.

Fanatları isə ikilinin boşanma xəbərlərini "reklam" adlandıraraq, bunu İremə yaraşdırmadıqlarını deyərək, irad bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə