Yalın bu yaz evlənir FOTOLAR

Getdiyi balıq restoranında dostları və sevgilisi ilə görüntülənən müğənni Yalın evlənəcəyi xəbərini verib. SİA-nın hürriyyet.com-a istinadən verdiyi xəbərə görə, ifaçı məkandan çıxarkən jurnalistin verdiyi "Nə zaman evlənirsiz?" sualından "Sən nə zaman evlənirsən?" cavabı ilə yayınmaq istəyib. Lakin jurnalist yaz aylarında evlənəcəyini bildirincə, müğənni "Biz də bu yaz, açıq hava toyu ilə evlənməyi düşünürük" cavabını verib.

Qeyd edək ki, Yalının sevgilisi "Emre Plak" studiyasının sahibi Hüseyn Emrenin qızı Hazal Emredir.

Bütün xəbərlər Facebook səhifəmizdə