Essentukidən müalicə və istirahətdən qayıdan aşıq Əli 8 kilo çəki atıb. SİA-nın verdiyi xəbərə görə, bunu sağlamlığı üçün edən sənətçi köklüklə bağlı kompleksinin olmadığını bildirib: "Çalışmışam köklüyümlə bağlı kompleks yaşamayım. Özümü rahat və gümrah hiss edirəm. Bu da yəqin gəncliyimlə bağlıdır. Bilirəm ki, gələcək illərdə orqanizmdə müəyyən fəsadlara yol aça bilər. Hələki, bəzi kökəlməyə meylli qidalardan uzaq durmağı qarşıma məqsəd qoymamışam. Amma hərdən düşünürəm ki, qida rasionumda məhdudiyyətim olmalıdır. Sanatoriyada 8 kilo çəki atmışam. Konkret neçə kilo olduğumu demək istəmirəm. Amma müalicə kursu keçərkən mənə pəhriz proqramı müəyyən edilib. Çalışacam bunu Bakıda da davam etdirim. İş qrafikimiz bəzən buna mane olur. Məclislərdə qonaq kimi iştirak edəndə yemək yeyirəm, sənətçi kimi qatılanda yemirəm. Gəlib evdə yeməli oluram, bu da gecə saatlarına təsadüf edir. Kənd toylarında isə yeyirəm. Mən ən əsası sağlamlığımı qorumağa çalışıram".





Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB