Aytac Vidadiqızı Türkiyənin məşhur müğənnisi Linet ilə iş birliyinə imza atıb. SİA-nın verdiyi xəbərə görə, müğənni Aytac Vidadıqızının "Rəngli həyat" mahnısı türkiyəli müğənni Linetin diqqətini cəlb edib. O, mahnını ifa etmək üçün həmyerlimizə müraciət edib.
Hazırda Türkiyədə olan Aytac Vidadiqızı söz və musiqisi özünə məxsus bəstəni türkiyəli həmkarına təqdim etmək üçün İstanbulda onunla bir araya gəlib.
Cütlük mediaya videomüraciət edib. Onlar gələcəkdə duet ifa edəcəklərini və Bakıda konsert verəcəklərini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB