Xəbər verildiyi kimi fevralın 14-ü, "Sevgililər günü"ndə müğənni Günay İbrahimli Moskvada konsert proqramı ilə çıxış edəcək. Həmin konsertə qonaq qismində "Qala" qrupunun rəhbəri Ceyhun Əliyevin iştirakı nəzərdə tutulurdu. Lakin Ceyhun səhnəyə çıxmaqdan imtina edib. Səbəb təşkilatçı Samirə xanımın C.Əliyevə vəd etdiyi qonorarın bir hissəsini öncədən ödəməkdən imtina etməsidir.
SİA-ya bu barədə müğənni Ceyhun Əliyevin özü məlumat verib:"Mən konsertə iştirak etməyəcəm. Təşkilatçı xanım söz verdiyi tarixdə nəzərədə tutulan qonorarı ödəməkdən imtina etdi. Bu konsertə iştirakım üçün Bakıda nəzərdə tutulan iş təkliflərindən imtina etmişdim. Amma baxıram ki, Moskva konserti ilə bağlı danışıqlar özünü doğrultmadı. Ona görə, bu açıqlamanı vermək məcburiyyətində qaldım. Samirə xanım mənə söz verdi ki, nəzərdə tutulan məbləğin yarısı yanvarın 10-nu mənə təqdim ediləcək. Razılaşdıq. Orda böyük məbləğ yoxdu. Bu, əsas Günay İbrahimlinin konsertidir. Sadəcə söz danışıqdan keçər. Uzaq səfərə gedirəm, burdakı işlərimin üstündən xətt çəkirəm. Baxdım ki, əvvəlki danışığımız başqa məcraya yönəlir. Pulun ödəniləcəyi tarixdən keçsədə, müxtəlif bəhanələr gətirilir. Ona görə də, yolun yarısından qayıtmağı daha məqsədə uyğun bildim və səbəbi bəlli etdim. Konsertdən bilet satışıda mənim alacağım qonorarın müqəddəratını həll edirdi. Yəqin ki, təşkilatçı bilet satılmayacağı təqdirdə, cibindən pul xərcləyəsi deyil".
Sonda C.Əliyev bu acıqlamasının Günayın çıxışına əsla xətər gətirməsini istəmədiyini vurğuladı:"Mənim bu açıqlamam əsla Günaya aidiyyatı yoxdur. Günay mənim yaxın sənət dostumdur. Hətta istəsə ona görə, təmənnasız həmin səhnədə çıxıb oxuya bilərəm. Bunu ancaq Günaya görə, dostluğumuzun xətrinə edərəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB