Tanınmış italyan ssenaristi və rejissoru Ettore Skola dünyasını dəyişib. SİA-nın Rusiya mətbuatına istinadən xəbərinə görə, rejissor 85 yaşında Romada xəstəxanada vəfat edib.
Ettore iki dəfə "Oskar" mükafatına namizəd göstərilib, Kann və Berlin kinofestivalları da daxil olmaqla çoxlu sayda mükafatlara layiq görülüb.
Qeyd edək ki, onun lentə aldığı ekran işlərində Sofi Loren, Marçello Mastroyann kimi məşhur aktyorlar çəkiliblər. Ettore Skola "Qeyri-adi gün", "Biz bir-birimizi belə sevirdik", "İyrənc, çirkli və kinli", "Bal" və "Qısqanclığın dramı" kimi dünya şöhrətli filmləri çəkib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB