Müğənni Hande Yener ad gününü qeyd edib. SİA-nın hürriyyet.com-a istinadən verdiyi xəbərə görə, 43 yaşını keçirən ifaçının doğum günündə maraqlı anlar yaşanıb. Belə ki, oğlu Çağın Kulaçoğlunun mərasimə əsa ilə gəlməsi diqqətləri cəlb edib. O, jurnalistlərə əsa ilə qatılmasının səbəbini açıqlayıb: "Dizimdən əməliyyat olunmuşam. Bu gün də anamın ad günü olduğu üçün məcburən mərasimdə iştirak etməli oldum".
Gecənin ən yadda qalan məqamlarından biri isə Hande Yenerin uzun zamandır sevgili olduğu Ozan Öğütün evlilik təklifinə "hə" deməsi olub.
Qeyd edək ki, ifaçının doğum günündə Büşra Pekin, Yıldız Çağrı Atiksoy, Süreyya Yalçın, Cengiz Kurtoğlu kimi bir çox məhşurlar iştirak edib.






Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB