Ceyhun: "Mən tək müğənni kimi pul qazanmıram"

Ceyhun: "Mən tək müğənni kimi pul qazanmıram"

"Qala" qrupunun rəhbəri Ceyhun Əliyev müğənniliklə yanaşı bəstəkarlıqla da pul qazandığını deyib. SİA-ya danışan ifaçı bunları söyləyib: "Mən tək müğənni kimi pul qazanmıram. Bəstəkarlıq fəaliyyətimdə var. Yeri gələndə mahnılarıma söz də yazıram. Bu, Allah tərəfindən mənə verilən vergidir. Bilirəm ki, bəstəkarlıqla ailəmi dolandıra bilərəm. Başqa peşəkar səviyyədə bacara bildiyim iş yoxdur. Amma kişi daşdan da pul çıxarmağı bacarmalıdır. Yeri gələndə, hər işi bacarmalıyıq. Böhran dünyada baş verir. Sadəcə biz buna əvvəlcədən hazır deyildik. Amma vəziyyətdən çıxış yolu tapmaq üçün dövlət addımlar atır".

C.Əliyev məşhurlaşmaq və pul qazanmaq xatirinə çoxunun mahnı yazdığından da təəssüf hissi ilə bildirib: "Bəstə yaza bilməyən mahnı yazır. Zövqlər korlanır. Bayağı mahnılar yaxşı mahnılara qarışır. İnsanlar bəzən seçim etməkdən usanır. Yaxşı mahnı olsa, insanlar da mənəvi qidanı tapa biləcəklər".

Bütün xəbərlər Facebook səhifəmizdə