Aktrisa sözünün üstündə dura bilmədi FOTOLAR

Aktrisa sözünün üstündə dura bilmədi FOTOLAR

"Türk kişisi ilə evlənmərəm" sözləri ilə mətbuatda səs-küy yaradan aktrisa Qonca Vuslateri sözünün üstündə durmayıb. SİA-nın hürriyyet.com-a istinadən verdiyi xəbərə görə, aktrisa iki həftə öncə çəkiliş məkanında görüb, vurulduğu Burak Ertoğanla ailə qurub.

Aktrisa "Türk kişisi ilə evlənmərəm" dediyi fikrinə aydınlıq gətirib: "Bu sözləri qadınlara əzab verən türk kişilərinə aid edərək demişəm".

Qeyd edək ki, aktrisa hamiləliyi ilə bağlı yayılan şayiələrə də cavab verib. O, yaxın zamanda övlad sahibi olmaq istəmədiyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə