İrem Derici boşanır FOTO

Müğənni İrem Derici ilə radio aparıcısı, həyat yoldaşı Rza Esendemirin boşanması haqda şayiələr dolaşır. SİA-nın hurriyet.com saytına istinadən verdiyi xəbərə görə, dedi-qoduların yaranmasına səbəb İremin həyat yoldaşının bütün fotolarını sosial media hesabından silməsi olub. O, eyni zamanda ev heyvanları "Pike" üçün açdıqları "İnstagram" səhifəsində "Esendemir" soyadını silib.

Rza da Derici ilə olan bütün şəkilləri sildikdən sonra ilk həyat yoldaşı Yeşim Vatandan olan qızının fotosunu "Bır qızın səbəbsiz yerə "səni sevirəm, ata" deməsi nə deməkdir, bilirsiniz?" başlığı ilə paylaşıb. İzləyicilərin "Boşanırsınız" sualları cavabsız qalıb.

Qeyd edək ki, 2014-cü ildə ailə quran ikilinin adı ən ideal və sevilən cütlüklər arasında idi.

Bütün xəbərlər Facebook səhifəmizdə