Aktyor Cem Yılmaza 2 illik həbs cəzası verilə bilər. SİA-nın hurriyet.com saytına istinadən verdiyi xəbərə görə, aktyor Halil Serkan Öz adlı müəllimin ölümü haqda yazdığı tvitlərdə Yalova valisi Selim Cebiroğlunu təhqir etdiyi iddia edilib.
Vali vəkili vasitəsilə şikayət ərizəsi verib:"Yürüş keçirilib və buna müəllim öz istəyi ilə qatılıb. Yürüş vaxtı halı pisləşib və vəfat edib. Bunu eşidincə kədərləndim. Ölümü ilə məktəb rəhbərliyi arasında əlaqə qurulmasını eşidincə heyrətləndim",
Cem Yılmaz özünü məhkəmədə bu sözləri deyərək müdafiə edib:"Bütün TV və qəzetlərdə müəllimin vali tərəfindən sərt tənqid olunmasından sonra vəfat etdiyi yazılıb. Sadə vətəndaş olaraq bu hadisədən təsirlənib tənqid etmək hüuqumdan istifadə etdim".

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB