Müğənni yenə qınaq obyektinə çevrildi FOTOLAR

Müğənni yenə qınaq obyektinə çevrildi FOTOLAR

Müğənni Castin Biber yenə hər kəs tərəfindən qınaq obyektinə çevrilib. SİA-nın milliyet.com saytına istinadən verdiyi xəbərə görə, onun qınanılmasına səbəb "İnstagram" səhifəsində paylaşdığı şəkillər olub. İfaçının qarın əzələlərini nümayiş etdirmək üçün çəkdirdiyi yarıçılpaq fotolar 2 milyondan çox insan tərəfindən baxılıb. İdman müəlliminin sözlərinə görə, Biber bu görüntünü əldə etmək üçün gecə-gündüz məşq edib.

Biber yatarkən çəkilən bir fotosunu da paylaşıb. İlin əvvəlində alt paltar markalarından biri üçün soyunan C.Biberin bu fotoları da təəccüblə qarşılanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə