Aktyorumuz Türkiyə serialında baş rola çəkiləcək

Aktyorumuz Türkiyə serialında baş rola çəkiləcək

Aktyor Elçin Məmmədli yaradıcılığındakı yenilikdən söz açıb. SİA-ya açıqlama verən aktyor yeni türk filmi üçün baş rola dəvət aldığını deyib: "Tezliklə Türkiyədən Azərbaycana böyük bir komanda gəlir. Onlar burada yeni serial çəkəcəklər. Həmin serialda baş rol üçün məni seçiblər. Amma hazırda həmin serialda çəkilə bilmərəm. Çünki "Bir ailəm var" serialında oynayıram. Bu çəkilişimi yarımçıq qoyub, qardaş ölkənin lentə aldığı filmdə rol almaq fikrində deyiləm. Yeni filmin çəkilişlərinə növbəti aylarda qatılmağı düşünürəm".

Bütün xəbərlər Facebook səhifəmizdə