Nazənin Təranə Qumral qarşıdurmasında uduzdu? CAVAB-FOTO

Nazənin Təranə Qumral qarşıdurmasında uduzdu? CAVAB-FOTO

Müğənni Nazənin həmkarı Təranə Qumralın vəkili Vüqar Səfərlinin onunla bağlı açıqlamasına münasibət bildirib. SİA-nın verdiyi xəbərə görə, sənətçi bu haqda "İnstagram" səhifəsində yazıb: "Biz hüquqi bir dövlətdə yaşayırıq, qanunlarımız var. Haqqımda məhkəməni uduzmağım, iddiamın rədd olunması xəbərləri yalandır, həqiqəti əks etdirmir. Hər zamankı kimi qarşı tərəf yalan xəbərlər yaymaqla məşğuldur. Bakı Apellyasiya Məhkəməsinin sözügedən qətnaməsi mənə rəsmi qaydada təqdim olunan kimi hər kəsə nümayiş etdirəcəm. Mənim şərəf və ləyaqətim hər şeydən üstündür. Heç kim məni təhqir edə bilməz. Məhkəmənin qətnaməsində qeyd olunduğu kimi Təranə Qumral məndən üzr istəyəcək. Onun mənə ödəyəcəyi mənəvi ziyanla bağlı pula isə ehtiyacım yoxdur".

Qeyd edək ki, T.Qumralın vəkili Vüqar Səfərli məhkəmə prosesi ilə bağlı açıqlamasında bunları demişdi: "İcraatımda olan və bir ildən artıq davam edən məlum məhkəmə işinin Apellyasiya mərhələsinə nöqtə qoyuldu. Bakı Apellyasiya Məhkəməsi hüquqlarını müdafiə etdiyim Təranə Qumral və Musa Musayev tərəfindən Xətai rayon məhkəməsinin 06.07.2015- ci tarixli qətnaməsindən verilən apellyasiya şikayətini qismən təmin etdi. Bakı Apellyasiya Məhkəməsi 14.01.2016- cı il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin təhqirə görə mənəvi ziyanın əvəzi kimi Salayeva Nazəninin xeyrinə İbrahimova Təranə Xeyrulla qızından 10000 (on min ) manat tutulması hissəsi ləğv edildi. Mənəvi ziyanın əvəzi kimi Təranə xanımdan Salayeva Nazəninin xeyrinə cəmi 500 (beş yüz) manat tutulması müəyyən olundu. Düşünürəm ki, Bakı Apellyasiya Məhkəməsinin qəbul etdiyi qətnaməni hüquqlarını müdafiə etdiyim Təranə Qumralın və onun həyat yoldaşı Musa Musayevin adına uğurlu hesab etmək olar. İş üzrə qarşı tərəfin verdiyi Apellyasiya şikayəti isə məhkəmə tərəfindən tamamilə əsassız hesab edilərək, rədd olundu".

Bütün xəbərlər Facebook səhifəmizdə