Ceyhun: "Geyimi sponsor almalı deyil" FOTOLAR

Ceyhun: "Geyimi sponsor almalı deyil" FOTOLAR

"Qala" qrupunun rəhbəri Ceyhun Əliyev qarderobuna xüsusi diqqət yetirən sənətçilərdəndir. SİA-nın verdiyi xəbərə görə, ifaçı əməkdar incəsənət xadimi Fəxriyyə Xələfovaya müraciət edib. O, Fəxriyyə xanımın verdiyi məsləhətə əməl edərək qarderobunda çeşidli dəyişiklik edib. Müğənni yaradıcılığı ilə yanaşı, qarderobuna xüsusi diqqət yetirdiyini bildirib:"Diqqət eləsəz son iki ildə rəhbəri olduğum qrupun üzvləri ilə efirə nadir hallarda çıxıram. Buna səbəb isə qrup üzvlərinə çalışdığım stilistin məsləhəti ilə geyimlər aldıra bilmirəm. Milyonların qarşısına çıxırıq. Geyimimiz, səliqəmiz yerində olmalıdır. Ciblərindən pul çıxarıb xərcləmək istəmirlər. Dünya ulduzları bahalı geyimlərini öz büdcələri ilə alırlar. Geyimi də sponsor almalı deyil ki... Mənim həm özümə, həm qrup üzvlərinə paltar almaq üçün pul xərcləməyə imkanım çatmır".

Ceyhun hazırda geyimlərində açıq rəngli geyimlərə üstünlük verdiyini söyləyib: "Kostumlarımda dəyişiklik edəndən sonra insanların müsbət rəyini eşitdim. Sevinirəm ki, tamaşaçıya düzgün nümunə ola bilirəm. Etiraf edim ki, qarderobumda fantastik qiymətə alınan geyimlər yoxdur. Ən bahalı kostyumumu Dubaydan endirimlə 2800 manata almışam. 200 manata kostyum geyinmirəm. Ən aşağısı 400-500 manata alıram. Eyni zamanda 1000 manata ayaqqabı geyinmirəm. Bu məbləğdən aşağı alıram. Ayaqqabı ayaqda tərzini dəyişir. Pulumun qədrini bilirəm. Pulumu daha çox mahnılarıma, sənətimə xərcləyirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə