Dünya ulduzu Beyons paparasilərin hədəfinə tuş gəlib. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, ifaçı həyat yoldaşı, reper Jey-Zi ilə birgə olduğu məkandan çıxarkən media mənsubları tərəfindən fotosu çəkilib. Həmin şəkil söz-söhbətə səbəb olub. Belə ki, geyindiyi enli gödəkcəsini əli ilə bağlayaraq qarnını gizlədən Beyonsun bu hərəkəti ağıllarda sual yaradıb. Fotonu görənlər Beyonsun hamilə olduğunu iddia edir. Son aylarda sürətlə kökələn Beyons bununla artıq neçənci dəfədir ki, hamiləliyi ilə bağlı şübhə yaradır. Lakin jurnalistlərin araşdırması nəticəsində məlum olub ki, müğənni hamilə deyil. Sadəcə xeyli kökəlib.
Qeyd edək ki, Beyonsun Blyu Arvi Karter adlı üç yaşında qızı var.
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB