Xeyli vaxtdır efirlərdə görünməyən müğənni Mətanət Əsədovadan xəbər var. SİA-ya danışan sənətçi bunun səbəbini açıqlayıb: "Efirlərdə görünməyimə səbəb başımın yasa qarışmasıdır. Belə ki, əmimoğlu dünyasını dəyişib. Xeyli vaxt idi ki, xəstə idi".
Sənətçi onun əlehinə yazan jurnalistlərdən də söz açıb: " Bu "jurnalist"lər məndən nə istəyir bilmirəm? Gah geyimimdən, gah da oynamağımdan yazırlar. Axı mən də azərbaycanlıyam. Niyə məni erməni vətəndaşı kimi qələmə verirsiniz? Bəzi media qurumları məndən yalan xəbər yazdıqları üçün Cənab Prezidentimiz İlham Əliyevə müraciət etmişəm. İmkan vermirlər ki, kasıbçılığımızın dərdini çəkək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB