2015-ci ilin ən yaxşıları bəlli oldu FOTOLARI

2015-ci ilin ən yaxşıları bəlli oldu FOTOLARI

"Əngəlsiz Yaşam" dərnəyi 2015-ci ilin ən yaxşılarını seçib. SİA-nın hürriyyet.com-a istinadən verdiyi xəbərə görə, artıq beşinci dəfədir ki, təşkil olunan mərasimə Türkiyənin bir çox məhşurları dəvət olunub. Tədbirdə maraqlı məqamlar yaşanıb. Belə ki, "Yaşarkən dəyərlərimizə sahib çıxaq" layihəsi çərçivəsində ötən il dünyasını dəyişmiş müğənni Kayahanın verdiyi son konsertində istifadə etdiyi papaq və mikrofon hərraca çıxarılıb. Müğənni Cengiz Kurtoğlu sənətkarın əşyalarını almaq üçün 45000 TL ödəyib. Lakin həmin qiymətli əşyaları yenidən dərnəyə geri verərək, hərraca çıxarılmasını xahiş edib. İlin ən yaxşı moda proqramına isə "İşte benim stilim" layiq görülüb.

Qeyd edək ki, yarışmanın münsiflərindən İvana Sərt və Uğurkan Ərəz mükafatı almaq üçün dəvətlilər sırasında olub.

Mərasimdə mükafat alanlar sırasında olan teatr sənətçisi Haldun Dormenin burnundakı sarğı diqqəti cəlb edib. Aktyor açıqlamasında bu yaxınlarda yıxıldığını və burnunun qırıldığını söyləyib.

Gecədə "İlin ən yaxşı dram serialı" kimi "Kırqın çiçekler" layiq görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə