Kənan İmirzalıoğlunun tərəf müqabili bəlli oldu FOTOLAR

Kənan İmirzalıoğlunun tərəf müqabili bəlli oldu FOTOLAR

Kənan İmirzalıoğlunun yeni mövsümdə rol alacağı serialdakı tərəf müqabili bəlli oldu. SİA-nın Hürriyyet. com saytına istinadən verdiyi xəbərə görə, İmirzalıoğlunun əməkdaşlıq etdiyi "Ay Yapım" şirkəti məşhur aktyor üçün ən uyğun seçimin Fahriye Evcen olacağına qərar verib. Etilərdə görüntülənən Evcen isə məlumatın yalan olmadığını, lakin hələ dəqiqləşmədiyini bildirib.

Qeyd edək ki, Fahriye Evcen sonuncu dəfə sevgilisi Burak Özçivitlə "Çalıkuşu" serialında rol alıb. Əvvəlki mövsümdə "Karadayı" serialında oynayan Kənan İmirzalıoğlu isə uzun müddət heç bir layihədə yer almayacağını bildirmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə