Bu yaxınlarda evlilik xəbəri ilə gündəmi alt-üst edən Meqastar Tarkanın ilk dəfə sevgilisi Pınar Dileklə fotoları yayılıb. SİA-nın Hürriyyət.com saytına istinadən verdiyi xəbərə görə, ifaçının 2008-ci ildə Almaniyadakı konsertindən sonra çəkilən bu foto onların münasibətlərinin də başlanğıcı olub. Tarkanın 14 il işlədiyi keçmiş mühafizəçisi Levent Ağaoğlu Tarkanla Pınarın tanış olmasına səbəb olduğunu söyləyib. Ağaoğlu Tarkanın ev şəraitini çox sevdiyini, ona görə də ifaçının təkcə uşaq üçün deyil, həqiqətən də evlənmək üçün bu addımı atdığını deyib.
Qeyd edək ki, Tarkanım Kıbrısdakı konsertindən sonra evlilik xəbəri yayılmışdı. İfaçı məlumatın doğru olduğunu təsdiqləyərək sosial şəbəkələrdə hər kəsdən şəxsi həyatına hörmət etmələrini rica edib.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB