Röya: "Azərbaycanı bəyənməyib tərk edənin məsləhətinə qaldıq"

Röya: "Azərbaycanı bəyənməyib tərk edənin məsləhətinə qaldıq"

Əməkdar artist Röya Ayxanla aktrisa Məlahət Abbasovanın söz davası hələ də davam edir. SİA-nın verdiyi xəbərə görə, müğənni aktirisanın ünvanına xoşagəlməz sözlər deyib: "Deyirəm gör necə əsərlər oxuduq. Neçə insanı sevindirdik. Bir tamaşa oynayıb, sonra da Azərbaycanı bəyənməyib tərk edən birinin məsləhətinə qaldıq. Qızı yaşdayam, bacı dedi. Sonra da unudulanların yadına düşdü. Mən bizə yol açanı, bir stəkan çay süfrəsinə dəvət edəni görmədim. Mən ayağı boyda qız, onun həyatı boyda iş gördüm. Sonda da özünü təzədən Azərbaycana mənlə sevdirdi. Ay Röya sənlə fəxr edirəm, unudulanları yenidən yaşadırsan. Halal olsun mənə. Bir ay keçməz yeni əsərlə ağladıb-güldürərəm sizi. Amma onu birdə çətin xatırladım".

Qeyd edək ki, M.Abbasova R.Ayxanın "Bəyaz şou"dakı çıxışı ilə bağlı fikirlərini bölüşmüşdü. O, Röyanın verilişdə yalnız bir mahnı oxumasını qınamış, bunu hörmətsizlik adlandırmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə