"Amarok" musiqi qrupu Bakıda klip çəkdirdi FOTOLAR

"Amarok" musiqi qrupu Bakıda klip çəkdirdi FOTOLAR

"Amarok" musiqi qrupu Azərbaycana "İncilər" adlı musiqi və klip həsr edib. SİA-nın məlumatına görə, musiqidə Fikrət Əmirovun "Kor Ərəbin mahnısı" və "Qarabağ inciləri" bəstələrindən parçalar və ritmik musiqilərdən istifadə olunub. Həmin kompazisiyada zurna və tar aləti ilə müasir ritmlərin sintezi də əksini tapıb. Kompazisiyada həmçinin "Yallı" abu-havası var. Musiqinin həzin yerlərində Azərbaycanın "Yanardaģ", "Atəşgah" və digər tarixi məkanlarından da görüntülər nümayiş olunub. Klipin süjet xəttindı maraqlı görüntülər yer alıb. Belə ki, əcnəbi görünüşlü bir qız Bakı kücələrində gəzir və həmin məkanların şəkillərini çəkir. Bakını gəzdikcə özünü milli abu havada hiss edir və milli geyimdə görünür.

Qeyd edək ki, klipin rejissoru Nail Naiboğlu, operatoru Rauf Qurbanəliyev, montajı Emin Muradov, layihənin rəhbəri isə Tural Huseyndir.

Bütün xəbərlər Facebook səhifəmizdə