Ayxan Mamayevin 5 il sevgili olduğu qızdan ayrılmasının SƏBƏBİ-FOTO

Ayxan Mamayevin 5 il sevgili olduğu qızdan ayrılmasının SƏBƏBİ-FOTO

I Avropa Oyunlarında qızıl medal qazanan karateçi Ayxan Mamayev rejissor Nail Naiboğlunun "Stop" layihəsində qonaq olub. SİA-nın verdiyi xəbərə görə, idmançı şəxsi həyatı ilə bağlı maraqlı açıqlamalar verib: "5 il sevgi münasibəti yaşamışam. Ancaq illərdən sonra anladıq ki, bir-birimizə uyğun deyilik. Ayrı-ayrı dünyaların adamlarıyıq. Buna görə də ayrılmağa qərar verdik. Hazırda həyatımda heç kim yoxdur. Tez bir zamanda da evlənmək fikrində deyiləm".

Ayxan ilk dəfə əldə etdiyi qazancından da söz açıb: "İlk dəfə idmandan 30 manat qazanmışam. Çox pul olmasa da bu qazanc mənə çox əziz idi. Çünki birinci dəfə idi ki, pulu özüm qazanırdım".

Qeyd edək ki, "Stop" verilişinin informasiya dəstəyi Səs İnformasiya Agentliyinə məxsusdur.

Bütün xəbərlər Facebook səhifəmizdə