Xatirə İslamdan kəsərli cavab "Siz güləsiniz deyə, biz canımızı qoyuruq"

Xatirə İslamdan kəsərli cavab

Müğənni Xatirə İslam onu qınayanlara cavab verib. SİA-nın verdiyi xəbərə görə, ifaçı həmkarlarını dürüst adlandırıb: "Sosial problemlər artanda insanlar niyə ən çox artistlərə qarşı aqressivləşirlər? Əziz xalqımız inanın ki, bu ölkədə ən dürüst, ən halal çörək qazanan zümrələrdən biri də, məhz sənətçilərdir. Onlar saatlarla can qoyur ki, sizlərin xoş günü yaxşı keçsin. Qayğılardan uzaq olasınız. Deyilən məbləğdən artığını cibimizə fırlada bilmirik. Hesabatda 10 yazıb, 5-ni oğurlayıb, villalar tikdirmirik. Sizcə artist olmaq asandır? Səhərədək qulağımızdan getməyən kalonkaların səs-küyünü, ayaqlarımızın sızıltısını, sənətçi ürəyinin həssaslığını, yaradıcılıq durğunluğunu və təqaüd vaxtında bir çox hallarda qaçılmaz yoxsulluğu... Sizin durumunuz pisdirsə, biz anlayırıq. Gec-tez öz gəlirlərimizdə hiss edirik. Amma nə olar hansısa yeni işimizi, toyda olan zaman lentə alınan videoları paylaşanda "Kefdəsiniz, xalqdan xəbəriniz yoxdur" kimi şərhlər yazmayın. Bunu sənətçiyə yazmaq ən azı acizlikdir. Müğənninin bəlli bir dövrü var ki, gəncliyindən istifadə edib, övladlarının sabahına maliyyə ayırsın. Yaşlandıqca kasıblaşan, dərmanlarına pul tapmayan incəsənət xadimləri gözümüzün qarşısında deyilmi? Hansı biriniz qapısını döyüb demisiniz ki, "Ay filankəs sizin kinolarla, tamaşalarla, mahnılarla böyüdük. Alın bu 150 manatı evinizə bayramlıq edin". Yoxsa demisiniz?"

Bütün xəbərlər Facebook səhifəmizdə