Aynişan məşhur yarışı tərk etdi

Müğənni Aynişan Quliyeva "O səs Türkiyə" yarışmasını tərk edib. SİA-nın verdiyi xəbərə görə, o, bu haqda sosial şəbəkədə yazıb: "Əzizlərim, sizlərə "O səs Türkiyə"dən ələndiyimi xəbər vermək istəyirəm. Belə məsləhət oldu, üzülməyin. Əsas odur ki, mən bacardığım qədər bizi gözəl təmsil etməyə çalışdım. Sonuna qədər sevgimi və sayqımı əsirgəmədim. Həyatımda yaşadığım ən gözəl anlardan biri oldu. O qədər şanslıyam ki... Həm qatıldım, həm də ən gözəl şəkildə birinci turu keçdim. Murat Bozun Azərbaycan dilində mənimlə birgə ifasi həyatımın sonuna qədər unutmayacağım andır. Murad Boz peşəkar ifaçıdır və onun seçimi müzakirə olunmazdır. Əsas odur ki, güclü səsi olan iştirakçılarla yarışdım. Məni dəstəkləyən bütün insanlar, hər birinizə ayrı ayrılıqda çox təşəkkür edirəm. Sizin dəstəyinizə ehtiyac duyan digər yarışmaçılarımız var. Gəlin onlara da dəstək olaq".

Qeyd edək ki, A.Quliyeva müsabiqədə "Gəl ey səhər" mahnısını səsləndirərək dörd münsifi də döndərmişdi. O, yarışmaya Murad Bozun komandasında davam etmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə