Sevda 2016 ilin ilk konsertini verəcək

Sevda 2016 ilin ilk konsertini verəcək

Ötən ilin avqust ayında Yaşıl Teatrda solo konsert verən Sevda Yahyayeva növbəti canlı konsertə hazırlaşır. SİA-nın verdiyi xəbərə görə, ifaçı yanvarın 23-də növbəti konsertini verəcək. Yahyayeva konsertində ən yeni və sevilən mahnılarını canlı olaraq tamaşaçıları üçün səsləndirəcək.

Sevdanın konsertinin prodüseri Pərviz Əsgərovdur. Prodüsserin dediklərinə görə, Sevda artıq konserti üçün məşq proseslərinə start verib.

Qeyd edək ki, gecənin aparıcısı Aynur Hacıyeva olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə