"Kiralık aşk"ın baş rol aktyoru xəstəxanalıq oldu?

"Kiralık aşk"ın baş rol aktyoru xəstəxanalıq oldu?

"Kiralık aşk" serialının qəhrəmanı Barış Arduç haqqında şayiələr yayılıb. SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, aktyorun ağır xəstəliyə tutulduğu deyilir. Xəstəliyini təsdiq edən şirkət bununla bağlı açıqlama yayıb:"Barış Arduçun uzun müddət davam edən qrip xəstəliyi hazırda ağciyər iltihabına çevrilib. Bütün lazımı müayinə və müalicələr həkimlər tərəfindən həyata keçirilir. Barış narahat olanlara salam deyir. Qısa müddətdə sağalın aramıza qatılmasını gözləyirik. "Kiralık aşk"ın yayımı hazırda heç bir problem olmadan davam etməkdədir. Barış Arduçla bağlı çıxan və çıxacaq əsassız xəbərlərə etibar etməyin".

Bütün xəbərlər Facebook səhifəmizdə