"İlin ulduzları"

Yıldız Texnik Universiteti "İlin ulduzları"nı mükafatlandırıb. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, 2015-ci ilin ən yaxşı kişi müğənnisi Mabel Matiz, qadın müğənnisi Sıla, qrupu Athena seçilib. Teatr səhnəsinin ən yaxşıları isə Mert Fırat və Aslı Enver olub. Keçən ilin ən çox bəyənilən filmi mükafatına "Bana Masal Anlatma", aktyoruna Burak Özçivit, aktrisasına isə Fahriye Evcen layiq görülüb.

Seriallar sahəsində fərqlənənlər "Diriliş Ertuğrul", Barış Arduç və Elçin Sanqu olub. TV8-in rəhbəri Acun İlıcalı səhnəyə ən yaxşı telekanala verilən mükafatı almaq üçün çıxıb.

Bütün xəbərlər Facebook səhifəmizdə