Tarkan onun evlənməsinə mane oldu?

Müğənni Sinan Akçıl radio verilişlərinin birində qonaq olub. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, sənətçi şəxsi həyatı haqda "nə zaman evlənəcəksiniz?" sualına belə cavab verib: "Hər şey qismətdən asılıdır. Bu an həyatımdan məmnunam. Əvvəl Tarkan, sonra mən evlənəcəm. İlk öncə böyüklərimiz, sonra növbə bizə gələr".

İfaçı yaradıcılığından da söz açaraq həmkarı İrem Dericiyə yeni albomu üçün "Bana hiçbir şey olmaz" və "Evlenmene bak" adında iki mahnı verdiyini bildirib.

Qeyd edək ki, Sinan Akçıl xeyli müddətdir ki, Ebru Şallı ilə sevgilidir.

Bütün xəbərlər Facebook səhifəmizdə