Dünya ulduzu: "Alkoqol və siqaretdən uzağam" FOTOLAR

Dünya ulduzu: "Alkoqol və siqaretdən uzağam" FOTOLAR

Dünya ulduzu Cennifer Lopez gözəl qalmasının sirrini açıqlayıb. SİA-nın hurriyet.com saytına istinadən verdiyi xəbərə görə, ifaçı yediyi qidalara diqqət etdiyini deyib: "İlk növbədə alkoqol və siqaretdən uzağam. Çoxlu göyərti yeyirəm. Evimizdə ən çox yediyimiz şeylər brokoli, Brüksel kələmi, qulançar (mərəçüyüt) və digər yaşıllardır".

Müğənni xanımlarımıza dərilərinin təravətli qalması üçün yatmaqlarına vaxt ayırmalarını məsləhət görüb: "10 saat yatmaqla biz qadınlar dərilərimizi yorğunluqdan qoruya bilərik. Ancaq mən işlərimin çoxluğundan bəzən 7 saat yatıram".

Bütün xəbərlər Facebook səhifəmizdə