Sənətçinin əri Acun Ilıcalının təklifini rədd etdi

Sənətçinin əri Acun Ilıcalının təklifini rədd etdi

Müğənni Demet Akalın və həyat yoldaşı Okan Kurt musiqiçi Erdem Kınayın doğum gününə qatılıblar. SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, Okanın səhhətində yaranan problemlərə görə məkandan tez ayrılmaq məcburiyyətində qalan cütlük jurnalistlərin suallarını cavablandırıb. Demet aparıcı Acun İlıcalıdan həyat yoldaşına gələn təklifdən söz açıb: "Survivor"dan təklif gəldi, amma qəbul etmədi. Ona dedim ki, get, orada xoşlamadığınm bir nəfər var, onu yumruqla, gəl, amma getmədi. Həmin adamın kim olduğunu sonra deyərəm".

Bütün xəbərlər Facebook səhifəmizdə