Aparıcı: “Xanımlarımız yağlı xörəklərdən uzaq olsunlar” FOTOLAR

Aparıcı: “Xanımlarımız yağlı xörəklərdən uzaq olsunlar” FOTOLAR

Aparıcı Ceyla Əlizadəni özündən çıxarıblar. SİA-ya açıqlama verən aparıcı onu sosial şəbəkədə narahat edən insanlardan söz açıb: "Mən də adi insanlar kimi şəkillər çəkdirib, sosial şəbəkələrdə paylaşıram. Savadsız insanların fotolarıma yazdıqları lazımsız şərhlərdən bezmişəm. Bəzisi qeyd edir ki, özü deyil, o biri yazır ki, bədənini əməliyyat elətdirib. Həmin şəxslər bilsin ki, bizdə irsən bədən quruluşumuz cazibədardır. Eyni zamanda illərdir idmanla məşğul oluram. İdmansız həyatımı təsəvvür etmirəm. Onu da deyim ki, xanımlarımız "Facebook"a, "İnstagram"a şəkil yükləmək üçün bir çox proqramlardan istifadə edib, özlərini dəyişirlər. Ona görə də qarşı tərəf, kişilər qızların mənim kimi gözəl bədən quruluşuna sahib olmalarına inanmır. Amma artıq yorulmuşam. Səviyyəsizlər Latın Amerikasını və ərəb ölkələrini gəzsələr bilərlər ki, gözəl xanımlar çoxdur".

Ceyla xanımlarımıza məsləhət verməyi də unutmadı: " Xanımlarımıza tövsiyə edərdim ki, oturaq həyat tərzi keçirməsinlər. İllərdir yedikləri yağlı xörəklərdən uzaq olsunlar. Ən əsası idman etməyi unutmasınlar. 1 il idmanla məşğul olsalar gözəl bədən quruluşuna sahib ola bilərlər".

Bütün xəbərlər Facebook səhifəmizdə