Rəqsanə: "Əzablı günlərimdə balaca canınla dərd ortağım olmusan"

Rəqsanə: "Əzablı günlərimdə balaca canınla dərd ortağım olmusan"

Bu gün müğənni Rəqsanə İsmayılovanın modelyer qızı Aysunun ad günüdür. SİA-nın verdiyi xəbərə görə, ifaçı bu münasibətlə qızını təbrik edib: "Bu gün mənim mələyim, günəşim, ayım Aysunumun ad günüdür. Bu günə çox şükür. Sənin kimi qızım olduğu üçün çox xoşbəxt anayam. Nə yaxşı ki, səni dünyaya gətirmişəm. Quzum, yanında yoxam. Amma bilirsən ki, ananın ürəyi sənin yanındadır. Övladım, həyatda sənə can sağlığı, gözəl bəxt, tale arzulayıram. Bir ana kimi səninlə fəxr edirəm. Sən mənim ən çətin, əzablı günlərimdə balaca canınla dərd ortağım olmusan. Allah bütün balaları qorusun, içində də mənim mələklərim. Balalarım mənə Allahımın ən dəyərli, qiymətli hədiyyəsidir. Ad günün mübarək Aysunum. Lap kövrəldim".

Qeyd edək ki, Aysunu doğum günü münasibəti ilə şou-biznesin tanınmış simaları sosial şəbəkədə təbrik edərək, ünvanına xoş sözlər yazıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə