Müğənnilər etiraz etdilər SİYAHI

Müğənnilər etiraz etdilər SİYAHI

Ötən gün mətbutda müğənnilərin toy qiymətlərinin qaldırdıqları haqda xəbər yayılıb. SİA-nın verdiyi xəbərə görə, ifaçılar "Xəzər xəbər"ə açıqlama verərək, etiraz ediblər:

Əməkdar artist Abbas Bağırov: "Toya 13 min manata yox, daha ucuz qiymətə gedirəm. El şənliklərində əksər hallarda iştirak etmirəm. Yaradıcılıq işləri ilə məşğul oluram".

Müğənni Ceyhun Əliyev: "Mən toya "Qala" qrupu ilə birlikdə gedirəm. Bunun üçün isə 4 min yox, 4500 manat alıram. Bəzi insanlar olur ki, məbləği aşağı istəyirlər. Onda təklif edirəm ki, özüm qrupsuz, xanım ifaçı ilə birlikdə gəlim. Bu qiymətə bütöv toy aparıram".

Müğənni Ayaz Qasımov: "Toy qiymətində dəyişiklik etməmişəm. Bir toya 6 min manata getmirəm".

Müğənni Emil Bədəlov: " Yeni ildə toy qiymətində heç bir dəyişiklik etməmişəm".

Müğənni Rüfət Axundov: "Qiyməti nə çoxaldıb, nə də azaltmışam. Bir qiymət deyirəm, müştəri endirim istəyəndə edirəm. Saytlarda toy qiymətimlə bağlı yazılan məbləğ yalandır. Əvvəl toy qiymətini dollarla deyirdik. Sonra manatla dedik, indi də dəyişməyib".

Qeyd edək ki, ötən gün ifaçıların 2016-cı ildəki toy qiymətlərinin siyahısı bu qiymətlərlə təqdim olunmuşdu:

Abbas Bağırov – 13 000

Brilliant Dadaşova – 12 000

Ramal İsrafilov – 10 000

Nadir Qafarzadə - 10 000

Elton – 10 000

Xumar Qədimova – 9 000

Samir Piriyev - 9 000

Xatirə İslam – 8 000

Vasif Məhərrəmli - 8 000

Mətanət İsgəndərli – 8 000

Günay İbrahimli - 7 000

Ağadadaş Ağayev - 7 000

Rəqsanə İsmayılova – 7 000

Xəyyam Nisanov – 7 000

Könül Kərimova – 7 000

Zamiq Hüseynov – 7 000

Könül Xasıyeva - 7 000

Nüşabə Ələsgərli – 7 000

Eyyub Yaqubov – 7 000

Mətanət Əsədova - 7 000

Nazənin - 6 000

Elçin Cəfərov – 6 000

Ayaz Qasımov – 6 000

Manaf Ağayev – 5 000

Əflatun Qubadov – 5 000

Bahar Lətifqızı - 4 500

İzzət Bağırov – 4 500

"Qala" qrupu - 4 000

"Şeron" qrupu (Ülvü) – 4 000

Nazim Faytonçu - 4 000

Elvin Abdullayev - 3 000

Emil Bədəlov - 3 000

Mənsurə Musayeva – 4 000

Səməd Səmədov – 3 000

Əlikram Bayramov – 3 000

Rüfət Axundov - 3 000

Əbdül Xalid - 3 000

Elariz – 2 500

Cavanşir Məmmədov - 2 500

Bütün xəbərlər Facebook səhifəmizdə