Tolqa Karel 20 minlik üzüklə sevgilisinə evlənmə təklifi etdi FOTOLAR

Tolqa Karel 20 minlik üzüklə sevgilisinə evlənmə təklifi etdi FOTOLAR

Aktyor Tolqa Karel yenidən ailə qurmağı düşünür. SİA- nın xəbərinə görə, o, 6 aydır sevgili olduğu amerikalı sevgilisinə 20 minlik üzüklə evlənmə təklifi edib. Aktyor may ayında Dominikanda özünə toy edəcək.

Tolqa jurnalistlərə açıqlamasında oğlu Cihangiri görmək istəmədiyi haqda gəzən xəbərlərə aydınlıq gətirib: "Oğlum mənim canımdır. Sevgilimə də demişəm. Mənə "nə zaman istəsən, o, mənim də oğlum ola bilər. Amerikada bizimlə yaşaya bilər" dedi. Amerikada idim. Gələn kimi oğlumu gördüm. Bu şayiələr məni kədərləndirir".

Qeyd edək ki, Tolqa Karel modelimiz Günay Musayeva ilə evli olub, boşanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə