Əməkdar artist Aybəniz Haşımova qızı haqqında söz açıb. SİA-nın verdiyi xəbərə görə, sənətçi təhsili ilə bağlı Türkiyədə yaşayan müğənni qızı Aynişanla bağlı hisslərini "Facebook" səhifəsində bölüşüb: "Mənə sual versələr ki, "Ömründəki ən böyük mükafatın hansıdır?". Min dəfə yorulmadan deyərəm ki, "Sənsən balam". Əsl valideynlər məni yaxşı başa düşər. Dünyanın ən böyük sərkərdəsi belə övlad məhəbbəti qarşısında acizdir. Övlad belə bir şirin neymətdir. Allahımdan bircə istəyim var: hamının balasını, eləcə də mənim qızımın canını sağ eləsin".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB