Türkiyədə toyu olacaq müğənnimiz özəl günü üçün mahnı yazdı

Türkiyədə toyu olacaq müğənnimiz özəl günü üçün mahnı yazdı

Müğənni Aytac Vidadiqızı Türkiyədəki toyuna xüsusi hazırlaşır. SİA-ya bu haqda danışan ifaçı həmin gün üçün özəl mahnı bəstələdiyini də deyib: "Özümə mahnı həsr etmişəm. Bəstə "Mənim dəyərlimsən" adlanır. Ağlıma da gəlməzdi ki, toy günüm üçün özüm mahnı bəstələyib, söz yazaram. Qəfildən ilham gəldi və bu mahnı yarandı. İnanıram ki, bu bəstə həyatımızın ən möhtəşəm musiqisi olacaq".

Bundan başqa müğənni Bakıda baş tutan toyunda heç belə həyəcanlı olmadığını bildirib: "Bakıda toy ərəfəsində belə həyəcanlı deyildim. Hər şeyə nəzarət edə bilirdim, rahat idim. Amma Türkiyədə baş tutan toyumda daha çox adam olacaq. Bütün işlərə həyat yoldaşımın valideynləri nəzarət edir. İçimdə qəribə bir həyəcan var".

Qeyd edək ki, Aytac Vidadiqızının qız toyu Bakıda dekabrın 23-də olub. O, Türkiyə vətəndaşı ilə ailə həyatı qurub.

Bütün xəbərlər Facebook səhifəmizdə