Afaq: "Qədirxanım məni gülərüz və güclü görmək istəyirdi" FOTO

Afaq: "Qədirxanım məni gülərüz və güclü görmək istəyirdi" FOTO

Aparıcı Afaq Gəncəli sosial şəbəkədə hər kəsi kövrəldən sözlər yazıb. SİA-nın verdiyi xəbərə görə, aparıcı bu sözləri qeyd edib: "Məni bu aylarda dəstəkləyən, acımı hiss edib, mənimlə bərabər ağlayan dostlar, sizə necə təşəkkür edəcəyimi bilmirəm. Çoxlarınız məni heç real həyatda görməmisiniz, tanımırsınız. Amma bir doğma insan kimi acım acınız oldu. "Çox sağ olun" kəlməsi belə azdır.

Allah sizi var eləsin. Qədirxanım hər zaman məni gülərüz və güclü görmək istəyirdi. Balamın istəyini həyatda heç vaxt ürəyində qoymadığım üçün mən yenidən işimə-gücümə qayıtdım. Mələyimin ruhu şad olsun deyə... Mənə dəstək olan bütün dostlarım, tanıyıb tanımadığım gözəl qəlbli insanlar, Allah sizdən razı olsun. Hətta sosial şəbəkədə oturub, savadsızlıqları ucbatından onu-bunu qınayanlar da sağ olsun. Allah sizi o qədər xoşbəxt etsin ki, işsizlikdən "İnstagram"da oturub, insanları qınayasınız. Allah köməyiniz olsun".

Qeyd edək ki, A.Gəncəlinin övladı uzun müddət idi ki, xərçəng xəstəliyindən əziyyət çəkirdi. 12 yaşlı Qədirxan 1 ay öncə dünyasını dəyişib.

Bütün xəbərlər Facebook səhifəmizdə