Stilist Samiraldo günlərdir müzakirə olunan geyimindən söz açıb. SİA-ya danışan stilist maraqlı açıqlama verib: "Bu il meymun ilidir. Meymun ilinin rəmzi qırmızı rəngdir. Qırmızı rəng ruzi-bərəkət deməkdir. Məndə bunu 2015-ci ildən bildiyimə görə özüm üçün qırmızı rəngdə 2016-cı ilə kostyum tikdirdim. Həmin paltarımı məkanların birinə əyləncə üçün gedərkən geyindim və oradan şəkillər çəkdirdim. Lentə alınan fotoları sosial şəbəkədə paylaşdım. Həmin fotolarım müzakirəyə səbəb oldu. Bir çoxları həmin kostyumu alt paltarı adlandırdı. Amma elə düşünənlər yalnış fikirdədir. Çünki qırmızı geyimim şortdur, tuman deyil. Həmin paltarı heç vaxt efirə geyinmərəm. Libasımı tənqid etdilər. Amma mənim bu cür geyimimə heç kim qarışa bilməz ".
Samiraldo "Facebook" səhifəsində paylaşdığı "Mirşahin məni ağlatdı" sözlərinə aydınlıq gətirib: "Mirşahin Vaqif Səmədoğlu haqqında veriliş hazırlamışdı. Həmin buraxılış məni çox ağladı. Ona görə həmin sözləri sosial şəbəkədə yazdım. Amma bəziləri elə düşündü ki, Mirşahin mənim haqqımda efirdə xoşagəlməz sözlər deyib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB