Əməkdar artisti ələ saldılar

Əməkdar artist Röya Ayxan onu ələ salanlara əsəbləşib. SİA-nın verdiyi xəbərə görə, sənətçi "İnstagram" səhifəsində onlara cavab verib: "Hər kəsin fikrinə sonsuz hörmətim var. Amma İstanbulda etdiyim işlə əlaqədar ilk və son dəfə açıqlama verəcəm: Mənim "İnstagram" səhifəmi məhz oradakı işlərimə görə qardaş ölkədəki komanda açdı. Yoxsa bilirsiniz ki, mən sosial şəbəkədə olmağı sevmirəm. Əgər hansısa yazı türkcə qoyulursa, buna hörmətlə yanaşmalısınız. Çünki orada böyük və nəhəng komanda var. Siz işi onlar qədər bilə bilməzsiniz. Canımsınız... Bəsdirin, düşünmədən şərh yazdınız. Adam oralarda biabır olur. Məncə siz musiqilərə qiymət verin və mənə inanın. Qalanını özüm edəcəm. Yeri gəlmişkən mən bu dildə çoxdan danışıram.Çünki qardaşlarım 20 ildir orada yaşayır. Hərdən dərin düşünün, bir gün mütləq haqq verəcəksiniz. Bu içdən gələn yazını səmimi qəbul edin, mənim artıq Türkiyədə də sevənlərim var. Bu məni çox sevindirir. Hər kəsə təşəkkürlər".

Bütün xəbərlər Facebook səhifəmizdə