Xalq artisti Akif İslamzadənin repertuarından dinlədiyimiz "Ala gözlüm" mahnısını tarzən Humay Qədimova tarda instrumental səsləndirib. SİA-nın verdiyi xəbərə görə, Humay kompazisiyaya klip çəkdirməyi düşünür. Onun kliplə bağlı planları daha dərin olduğundan hazırlığını bu il başladığı layihəni davamını gələn ilin ilk aylarına keçirib:" "Ala gözlüm"ü ilk oxuyan Akif müəllim olub. İnstrumental şəkildə isə mən lentə yazdırdım. Klip çəkilişi düşünmüşəm. Amma bu sıradan bir klip olmayacaq. İstədim ki, Akif müəllimin özünü də klipdə görək. İnşallah ki, bu istəyimiz baş tutar və insanlara gözəl musiqinin sədaları altında, maraqlı klip təqdim edərik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB