31 dekabr Yeni ili adi insanlar evlərində qeyd etməyə daha çox üstünlük verirlər. SİA-nın verdiyi xəbərə görə, lakin Yeni ili məcburən müğənnilər evlərində yox, səhnədə keçirirlər.
31 dekabr Yeni ili səhnədə qarşılayan türkiyəli müğənnilərin siyahısını sizlərə təqdim edirik:
Müğənni Sibel Can Yeni ili Kıbrısda konsert verərək keçirməli olacaq.

Ebru Gündəş 31 dekabrda Kaya Artemis Resort Casinoda səhnəyə çıxacaq.

Bengüdə Yeni ili evində qeyd edə bilməyəcək. Belə ki, o, Hilton Convention Hall 1-də səhnəyə çıxaraq repertuarındakı mahnıları səsləndirəcək.

Ziynet Sali Yeni ili səhnədə qarşılayacaq.

Demet Akalın 31 dekabr Yeni il günündə iki məkanda səhnəyə çıxacaq.

Tarkan 31 dekabrı Kıbrısda otellərində birində konsert verərkən keçirəcək.

Romantik mahnıları ilə sevilən Yalın Yeni ili İstanbulda konsert salonunda keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB