Həmyerlimiz "O səs Türkiyə"də

"O səs Türkiyə" yarışmasına daha bir həmyerlimiz qatılıb. SİA-nın verdiyi xəbərə görə, müğənni Zülfinaz Rəcəbova əfsanəvi musiqiçi Ceyms Braunun "This is a man's world" əsərini səsləndirib. Münsiflər kürsüsündə əyləşən Hadisə iştirakçımıza qarşı çönüb.

Qeyd edək ki, TV8-də Acun İlıcalının aparıcılığı ilə təqdim olunan yarışmanın münsiflər kürsüsündə E.Gündeş, Hadisə, Murad Boz və Gökhan-Hakan Özoğuzlar əyləşir.

Bütün xəbərlər Facebook səhifəmizdə