Röya: "Sevgiyə zərər vermərəm" MÜSAHİBƏ-FOTOLAR

Röya: "Sevgiyə zərər vermərəm" MÜSAHİBƏ-FOTOLAR

Müğənni Röya Ayxan Türkiyənin "Hürriyət" saytına müsahibə verib. SİA-ya həmin müsahibəni təqdim edir:

-Musiqi sənət dünyasına tez bir zamanda gələn Röya kimdir?

-Röya 33 yaşında, öz ayaqlarının üstündə duran, sözünü demiş, 6 yaşında oğul böyüdən qadındır.

-Müğənniliyə necə başladınız?

-16 yaşımda ilk dəfə səhnəyə qrup şəklində çıxdım. İki ildən sonra qrupdan ayrıldım.

-Son bir neçə aydır ki, "Kesin Bilgi" mahnınız hər yerdə dinlənilir. Bəstənin sözləri Gülşənlə necə bir araya gəldiniz?

- Gülşəni televizordan izləyərkən "Mənim qadınım deyirdim. Ona baxarkən cana yaxın olduğunu hiss edirdim. İki il öncə Azərbaycana dəvət etdik və ordan tanış olduq. Qadınların mahnı yazmasını çox bəyənirəm.

-Klipdə maşının şüşələrini sındırırsınız. Adi həyatda da bu qədər əsəbisiniz?

-Xeyir əsəbi xanım deyiləm. Divarlara səni sevirəm yazacaq biriyəm. Qırmıram, dağıtmıram. Xarakterimdə ən önəmli məqam sevgiyə zərər vermərəm. İnsanlara qarşı sevgim var.

- Daha öncə də Soner Sarıkabadayı, Eflatun kimi məşhur simaların mahnılarını oxudunuz. Bu qədər mahnıdan sonra nə vaxt albom çıxarmağı düşünürsünüz?

- Disk ərsəyə gətirmək istəyirəm. Amma hələ ki, tezdir. Çünki bundan sonra da bəstələr yazdıracağam.

-Bildiyimizə görə, 6 yeni mahnınız var. Həmin bəstələrdə surpriz məşhurların adı var?

- Var, amma deyə bilmərəm(gülür). Bol-bol bomba var. Bəlkə hələ çox hörmət etdiyim həmkarımla duet oxumaq eşqinə düşdüm.

-Daha çox kimlə duet oxumaq istərdiniz?

-Mabel Matizi çox bəyənirəm. Səsinə heyranam. Onu dinləyərkən rahatlaşıram.

-İşlərinizlə yanaşı oğlunuza da vaxt ayırmalısınız. Belə həyat tərzi sizi yormur?

-İşimi və oğlumu çox sevdiyim üçün həyat tərzimdən həzz alıram. Enerjim tükənmir. Oğlumu Türkiyəyə gətirdim. Buranı çox sevdi.

Bütün xəbərlər Facebook səhifəmizdə