Nisə Qasımovaya sevgi etirafı etdilər FOTO

Nisə Qasımovaya sevgi etirafı etdilər FOTO

Rejissor Nail Naiboğlunun müəllifi olduğu "STOP" layihəsində ictimai xadim Hacı Quliyev xalq artisti Nisə Qasımovaya sevgi etirafı edib. SİA-nın verdiyi xəbərə görə, o, xanım sənətçi haqqında maraql fikirlər səsləndirib: "Hər birimizin sevməyə haqqı var. Əlimizə fürsət düşən kimi sevgimizi bəyan etməliyik. Şou-biznes aləmində xanım müğənnilər arasında xalq artisti Nisə xanımı çox istəyirəm. Nisə xanımın doğum günündə hislərimi əks etdirən görüntülərdən ibarət video çarx hazırladım. Ekran işi "Səni səndən xəbərsiz sevmişəm" adlanır. Bu video görüntünü Nisə xanıma təqdim etdim. Məncə, burda günah iş yoxdur".

Verilişdə Hacı Quliyev əməkdar artist Elza Seyidcahanla sevgili olmaları haqda yayılan şayiələrə də cavab verib: "Biz Elza ilə çox səmimi və yaxın dostuq".

Bütün xəbərlər Facebook səhifəmizdə